Türkiyənin "Fənərbağça" klubunun daha bir gənc futbolçusu Avropa klublarının hədəfindədir.
HİT.az xəbər verir ki, Fərdi Kadıoğlunu transfer etmək istəyən klubların sayı da durmadan artmaqdadır.
Buna baxmayaraq, onun İstanbul klubunda qalmaq istədiyi bildirilir. "Fənərbağça" da Kadıoğlunu 20 milyondan aşağı hər hansısa bir təklifə satmağı düşünmür. Klub Arda Gülərin ardından digər gənc yerli futbolçularını satmağa müsbət yanaşmır. Son məlumatlara görə, 23 yaşlı futbolçu bütün təklifləri rədd edərək, yeni mövsümdə də "sarı bülbüllər"də karyerasını davam etdirəcək.
Qeyd edək ki, 2018-ci ildə "Fənərbağça"ya transfer olan Fərdi Kadıoğlu meydana çıxdığı 48 matçda 4 qol atıb, 5 məhsuldar ötürmə edib.
Pərviz