İqtisadiyyat Nazirliyinin Maliyyə və Təminat Şöbəsinin müdiri İsmayıl Bahadir oğlu Aslanov vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, o, Dövlət Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi vəzifəsində təyinat alıb.
Bu barədə komitə sədri, general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sabiq rəisi, polkovnik Fuad Əlizadə tuturdu.