Fransa danışıqlar prosesindən kənarlaşdırılır? - ŞƏRH

SİYASƏT
16:57 / 10.07.2023
943

"Fransa tarixin hər dönəmində Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı qısqanclıq nümayiş etdirib".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Elçin Abdullayev deyib.

O bildirib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi oynadığı rola baxanda da rəsmi Parisin Azərbaycana qarşı hansı cəbhədə durduğu yaxşı görünür:

329659

"Azərbaycan Qarabağ problemini həll etdikdən sonra Fransa yenidən proseslərdən kənarda qalmamaq üçün cəhdlər edir. Əslində, Azərbaycan Prezidenti İlham Əliyev artıq ATƏT-in Minsk qrupunun zibil qutusuna atıldığını və onun tarixinin bitdiyini elan edib. Məhz o səbəbdəndir ki, Azərbaycanla Ermənistan arasında müharibə başa çatandan sonra tərəflər arasında danışıqlar prosesi başladı. Danışıqların ikinci raundu ərəfəsində isə Ermənistanın Baş naziri Nikol Paşinyan Fransanın da görüşdə iştirak etməsini təklif etdi. Azərbaycan Prezidenti İlham Əliyev isə Emmanuel Makronun iştirak edəcəyi təqdirdə görüşə qatılmayacağını açıqladı. Nəticədə həmin görüş baş tutmadı. Buna baxmayaraq, rəsmi Paris yenə də əl çəkmək istəmir. Düzdür, Fransanın tam olaraq proseslərdən kənara çəkilməyə razılaşacağını söyləmək olmaz. Lakin rəsmi Bakı bunun qarşını almaq üçün mövqe ortaya qoyub".

Lakin politoloq hesab edir ki, Fransa danışıqlar prosesində özü iştirak etməsə belə, onun Ermənistan üzərindən hansısa çirkli oyunlar həyata keçirəcəyi bəllidir:

"Düşünürəm ki, rəsmi Parisin dünyada təklənməsi onu nəinki Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesində iştirak etməkdən, hətta yeni dünya düzənində əsas masalardan oturan dövlətlərdən biri olmaqdan da məhrum edəcək. Fransa bu cür siyasət yürütməklə əsas masaların sahiblərindən olmayacaq, hətta bugünkü dünyamızda oynadığı roldan aşağı bir masada olacaq".

Pərviz

0