Qızmar yay günlərinin ən böyük problemlərindən biri də günəş şüalarının cildimizdə meydana gətirdiyi problemlərdir.
HİT.az xəbər verir ki, kəskin günəş şüalarına məruz qalan cilddə xəstəliklərin meydana gəlməsi qaçılmaz olur.
Əslində cildimiz bizi günəş şüaları, soyuq hava və hava kirliliyinə qarşı qoruyur. Bu isə bəzən cildimizi təhdid edir.
Mütəxəssislər xüsusilə yay aylarında cild qorumağın vacibliyini qeyd edirlər. Cildi günəş şüalarının yanmasından qorumaq üçün aşağıdakıları etmək lazımdır:
1. Kəskin günəş şüalarının olduğunu gördüyünüz zamanlarda şlyapa və digər qoruyucu vasitələr olmadan çölə çıxmayın.
2. Günəş vannası qəbul etməzdən əvvəl və sonra təbii yağlardan istifadə edin.
3. Yay boyu dərinizi nəmli saxlayın.
4. Su içməyi artırın.
5. Nəm itkisi olan dərilər üçün E vitamini ilə zəngin küncüt yağı istifadə edin.
Pərviz