Ermənistan hakimiyyəti 2023-cü ildə Göyçə gölünün suyundan istifadəni ciddi şəkildə artırmağı planlaşdırır.
HİT.az xəbər verir ki, bununla bağlı layihəni parlamentin növbədənkənar iclasında ərazi idarəetmə və infrastruktur nazirinin müavini Vaçe Terteryan təqdim edib.
"Layihə göldən suyun alınmasının 170 milyon kubmetrdən 240 milyon kubmetrə qədər artırılması təklifidir. Bu, hava şəraiti, su anbarlarının və çayların doldurulması ilə bağlıdır", deyə Terteryan bildirib.
Bu il may ayının 14-də suyun qəbuluna ötən ildən bir ay tez başlanılıb. Hazırda göldən 82,3 milyon kubmetr su götürülüb.
Samir