"Napoli" PSJ-nin hücumçu Viktor Osimhen üçün milyonlarla dollarlıq təklifini nəzərdən keçirməyə hazırdır.
HİT.az "Football Italia"ya istinadən xəbər verir ki, bu barədə İtaliya klubunun prezidenti Aurelio De Laurentis bildirib.
yayıb.
“Viktor Osimheni bizdən ala biləcək yeganə klub PSJ-dir. Əgər Nassir Əl-Xelaifi (PSJ-nin prezidenti) 200 milyon avro təklif etmək istəsə, biz gözləyəcəyik və vəziyyəti qiymətləndirəcəyik", deyə prezident bildirib.
Ötən mövsüm Osimhen İtaliya çempionatında 32 matçda forma geyinib, 26 qol vurub və 4 məhsuldar ötürmə edib. Nigeriyalı A Seriyasının bombardiri olub.
Samir