Ərdoğan İsveçin NATO-ya üzvlüyünü nə üçün təsdiqlədi? - ŞƏRH

DÜNYA
13:32 / 12.07.2023
691

"Türkiyəni hər bir halda NATO-nun və Qərbin bir parçası hesab etmək lazımdır".

Bu sözləri politoloq Rusif Məmmədsoy HİT.az-a açıqlamasında deyib.

O vurğulayıb ki, xüsusilə söhbət NATO-nun ən güclü ikinci ordusundan gedir:

"Belə demək mümkündürsə, Türkiyə Qərb üçün nəfəsdir və zəmanətdir. Xüsusilə də bunu Şərqdə aid etmək olar. Əlbəttə ki, burada Rusiyanın balanslaşdırılması və təhlükəsizləşdirilməsi kimi məsələlər Qərb üçün çox vacibdir. Ona görə də, onların gözündə Türkiyənin həyati bir əhəmiyyəti var. Üstəlik, bu məqamda Türkiyəni heç bir halda NATO-dan kənar təsəvvür etmək mümkün deyil. Təbii ki, rəsmi Ankaranın Rusiya ilə əməkdaşlığı da güclü idi, amma bəlkə də həmin əməkdaşlığın bir qədər zədələndiyini deyə bilərik".

329770

Ekspertin sözlərinə görə, İsveçin NATO-ya üzvlüyü ilə bağlı Türkiyənin "yaşıl işıq" yandırması Rusiyanın xoşuna gəlmir:

"Sadəcə bu da deyil. Azov batalyonunun komandirlərinin Ukraynaya təhvil verilməsi də Kreml tərəfindən xoş qarşılanmadı. Rusiya ilə Türkiyə arasında müəyyən qədər fikir ayrılıqları var idi. Ancaq bu fikir ayrılıqları xüsusilə Suriya ərazisində öz əksini tapırdı. Bu gün isə vəziyyət fərqlidir. Əlbəttə ki, Türkiyə öz maraqları çərçivəsindən çıxış edərək bu addımları atır. Bu cəhətdən Ankara üçün Rusiya və ya başqa bir ölkə az fərq edir. Ona görə də Türkiyənin yürütdüyü siyasət milli maraqlarına söykənir. Onsuz da Türkiyə ilə Rusiya arasında fikir ayrılıqlarının mövcud olacağı proqnozlaşdırılırdı".

Rusif Məmmədsoy hesab edir ki, bənzər proseslər Rusiya və İran arasında da baş verə bilər:

"Bu gün həmin ehtimalı Rusiya və İrana ad aid edə bilərik. Xüsusilə, Cənubi Qafqazda Rusiya və İranın siyasəti koordinasiyalı şəkildə həyata keçirilsə də, müəyyən müddət sonra onlar arasında da eyni hadisələri müşahidə edə bilərik. Yəni Rusiya-Ukrayna cəbhəsində üstünlüyün Ukrayna tərəfə keçməsindən sonra İranın Moskvanı bazarlıq predmetinə çevirməsini görə bilərik. Bu, siyasətdir və bunlar normal qəbul olunmalıdır".

Pərviz

0