Tanınmış məşqçini öldürən arvadı psixi ekspertizadan keçiriləcək

HADİSƏ
17:34 / 12.07.2023
1076

“Sərhədçi” idman kompleksinin kikboksinq üzrə məşqçisi Nurani Qalabəylinin qətlində ittiham olunan həyat yoldaşı Əfsanə Qalabəylinin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda Ə.Qalıbəylinin cinayət törədərkən və hazırki psixi vəziyyətini müəyyənləşdirmək üçün ekspertiza keçirilməsi istənilib.

Müdafiə tərəfinin qaldırdığı vəsatətdə bildirilib ki, təqsirləndirilən şəxs hadisə vaxtı anlaqlı olmayıb.

Qeyd edilib ki, Ə.Qalıbəyli bundan əvvəl də ekspertizadan keçirilib, həmin vaxt həkim rəsmi şəkildə bildirib ki, rəy vermək üçün təqsirləndirilən şəxs stasionar qaydada psixatrik ekspertiza mərkəzinə yerləşdirilməlidir.
Ətraflı

Bugünkü iclasda ekspertin həmin rəyi müzakirə olunub, tərəflərin münasibəti öyrənilib.

Məhkəmə təqsirləndirilən şəxsin stasionar qaydada tibb müəssisəsinə yerləşdirilməsi və təkrar ekspertizadan keçirilməsi barədə qərar qəbul edib.

Eksperizanın cavabı çıxana qədər məhkəmə istintaqı dayandırılıb.

Xatırladaq ki, hadisə ötən ilin sentyabrında olub. 36 yaşlı Əfsanə Qalabəyli özündən 13 yaş böyük həyat yoldaşını Əhmədli qəsəbəsində kirayə yaşadıqları evdə 13 bıçaq zərbəsilə qətlə yetirib. Ona qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə ittiham irəli sürülüb. 

Ə.Qalabəyli məhkəmədəki ifadəsində ərinin illərlə ona əziyyət verdiyini, döyüb təhqir etdiyini, özü və uşaqları evdə ola-ola başqa qadınlar gətirdiyini deyib.

0