Azərbaycanda əhalinin sayı açıqlandı

SOSİAL
11:51 / 13.07.2023
993

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında hesablanmış əhalinin sayı bu ilin iyun ayının 1-i vəziyyətinə görə 10 148 057 nəfər təşkil edib.

Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

 

0