"İctimai Şuranın məqsədi balansı qorumaq, cəmiyyətin fikirini nazirliyə çatdırmaq olmalıdır"

ÖLKƏ
14:26 / 13.07.2023
414

"Elm və Təhsil Nazirliyi yanında İctimai Şura nazirliyin yol verdiyi xətaları ört-basdır etməklə, təhsil prosesində baş verən neqativ halları, cəmiyyətdə narazılıq yaradan prosesləri malalamaqla məşğuldur”.

 
Bunu HİT.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın fəaliyyətsizliyindən danışarkən deyib. 

Ekspert bütün şura üzvlərini fəaliyyətsizlikdə ittiham edib: 

"Şurada bir-iki nəfər var, onlardan başqa heç kəs iş görmür, vəssalam. Yerdə qalanlar şuraya təyin olunmuş şəxslərdir. Onlar şuraya müəyyən şəxslər tərəfindən gətirib. Əslində bu mövzu geniş müzakirə olunmalıdır. İctimai Şura üzvlərinə baxaq, əsasən QHT-ı sədrləri, ya da əməkdaşlarıdı. Onların hər biri ancaq qrant layihəsi əldə etmək, öz mənafeləri naminə müəyyən işlər görür. Şuraya seçim turu olarkən Kamran Əsədovla mən də həmin şuraya müraciət etmək istədik. Artıq öyrəndik ki, üzvlər təyinat əsasında seçiləcək, ona görə fikirimizdən daşındıq”. 

Elçin Əfəndi qeyd edib ki, İctimai Şuranın məqsəd və məramı cəmiyyətlə Elm və Təhsil Nazirliyi arasında olan qarşıdurma halları, müəyyən neqativ fikirlər, məqamları aradan qaldırmaq, balansı qorumaq və onun üzvləri cəmiyyətin fikirini nazirliyə çatdırmalı, problemin həll olunması üçün nazirliyin dəstəyini almalıdır. 

Azra

0