Dünyaca məşhur rusiyalı milyarder Roman Abramoviç yeni addımı ilə hər kəsi təəccübləndirib.
HİT.az xəbər verir ki, o, Türkiyənin "Qalatasaray" klubunun sponsoru olub.
İddialara əsasən, müxtəlif şirkətlər vasitəsi rus milyarder İstanbul klubunun gizli sponsoru olmağa qərar verib.
Uzun müddətdir Türkiyədə olan Abramoviçin bir türk komandasını satın alması gözlənilirdi. Hətta uzun müddət onun "Göztepe" klubunu almağı düşündüyü iddia olunurdu. Lakin tərəflər bu xəbərləri təkzib etmişdi. Buna baxmayaraq, onun bir türk klubuna yatırım edəcəyinə dair iddialar səngimədi. Roman Abramoviçin "Qalatasaray"a sponsor olduqdan sonra "sarı-qırmızılılar"ın dünya ulduzlarını transfer edəcəyi gözlənilir.
Pərviz