İctimai Səhiyyə və İslahatlar Mərkəzi Çağrı mərkəzi üçün mebel alır

19:26 / 13.07.2023
531

İctimai Səhiyyə və İslahatlar Mərkəzi müharibə veteranları və şəhid ailələri üçün yaradılmış Çağrı mərkəzi üçün mebel alır. 

Hit.az xəbər verir ki, Mərkəz bununla bağlı tender elan edib. 

Tender iyulun 20-nə kimi davam edəcək. 

Satınalma müsabiqəsinin şərtlərindən məlum olur ki, Mərkəz dəmir karkaslı masa, siyirməli tumba, paltar dolabı, sənəd dolabı, kamod (printer altı), dekorativ üzləmə, yazı masası, tumba, rəhbər dəsti və s. bu kimi mebellər almağı planlaşdırır. 

Anar

0