Netanyahudan İsveçə xəbərdarlıq: "Tövratın yandırılması..."

DÜNYA
18:57 / 14.07.2023
469

İsrailin baş naziri Benyamin Netanyahu İsveç hakimiyyətini Tövratın yandırılmasına icazə verdiyinə görə qınayıb.

HİT.az xəbər verir ki, baş nazir bu barədə özünün "Telegram" kanalında yazıb.

“İsveç hakimiyyətinin İsrail səfirliyi qarşısında Tanaxın (Tövratın əlyazması-red.) yandırılmasına icazə vermə qərarını qətiyyətlə pisləyirəm. İsrail dövləti yəhudi xalqı üçün müqəddəs olanı məhv etmək barədə bu biabırçı qərarı qətiyyətlə pisləyir", deyə Netanyahu bildirib.

O, bütün dinlərin müqəddəs kitablarına hörmət tələb edib.

İsveç hakimiyyəti, xüsusən də krallığın polisi Quranın yandırılması ilə oxşar hərəkətlərdən sonra müqəddəs kitabların - Tövrat və İncilin yandırılmasına icazə verib.

Bundan əvvəl İsrailin xarici işlər naziri Eli Koen Tövrat vərəqinin yandırılmasının qarşısını almaq üçün İsveç hakimiyyətinə müraciət etmiş və İsveçin ultrasağ fəallarının bu aksiyanı iyulun 15-i şənbə günü keçirmək niyyətini kəskin şəkildə pisləmişdi.

O, İsveçdəki səfirə və onun idarəsinə Tövratın yandırılması aktının qarşısının alınması üçün tədbirlər görməyə göstəriş verib.

Samir

0