Bu dəfə ən yüksək balı onlar topladı - FOTOLAR

ÖLKƏ
19:40 / 14.07.2023
571

Müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ibtidai sinif və musiqi fənləri ən yüksək balı toplayan müəllimlərin adları açıqlanıb.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən Qaynarinfo-ya verilən məlumata görə, test imtahanı mərhələsində ibtidai sinif üzrə ən yüksək balı İpək Xanlayeva (92,5), Sevinc Hacıyeva (90) və Zəminə Abdullayeva (90), musiqi fənni üzrə isə ən yüksək balı Gülay Həsənli (95), Cəmilə Süleymanova (93,25) və Səbinə Məmmədova (92,5) toplayıblar.

Qeyd edək ki, imtahanda toplanılması mümkün olan maksimal bal 100-dür.

0