Bakıda gözəllik tacı taxan, sevgililəri çox olan Hande Erçel

MAQAZİN
20:23 / 15.07.2023
732

Hande Erçel sənətə gözəl siması sayəsində yol tapıb. Bu gün də çoxları onun aktyor kimi möhtəşəm işlər sərgiləmədiyini, yalnız gözəlliyi sayəsində baş rollara çəkildiyini deyir. Bir az haqlıdırlar. Modellikdən aktyorluğa transfer edən bir çox aktyorların sərgilədiyi performans, müxəlif amplualı rollarda möhtəşəm aktyor oyununu Hande Erçeldə görməsək də, o populyarlığının zirvəsini yaşayır. 

Hande  Erçel 1993-cü il noyabrın 24-də Balıkesirin Bandırma qəsəbəsində dünyaya gəlib. Müxtəlif gözəllik yarışmalarına qatılan Hande ilk böyük uğurunu Bakıda Miss Cilivaliton of the World yarışmasında qalib olub. İndi model kimi fəaliyyət göstərməsə də, baha qiymətə müxtəlif brendlərin siması kimi reklam çarxlarına çəkilir.

Ekranlarda ilk dəfə 2014-cü ildə “Çılğın dersane” serialında görünüb. Bu film uğursuzluqla nəticələnsə də, ona “Hayat ağacı” serialında rol qazandırıb. 

“Güneşin kızları” adlı serialdakı Selin Yılmaz rolu ilə ulduzu parlayan aktrisa çoxlu dəvətlər almağa başlayıb. Bu filmdə hər bölümə 8 min lirə (520 manat) alan aktrisa şöhrətə çatdıqdan sonra artıq hər bölüm üçün 100 min lirə (6500 manat) tələb etməyə başlayıb. Biz onu “Aşk laftan anlamaz”, “Siyah inci”, “Sen çal kapımı” kimi seriallardan daha çox sevdik.

Bacısı Qamze Erçel də aktrisadır. Lakin o Hande qədər populyarlıq qazanmayıb.

Handenin keçmiş sevgililərinin sayı rollarının sayından çoxdur. O, Murat Dalkılıç, Mehmet Dinçerler, Kaan Yıldırım, Kerem Bürsin,Tolga Sarıtaş, Burak Serdar Şanal,Ekin Mert Daymaz kimi məşhur aktyorlarla sevgili olub. Hazırda adı Türkiyənin ən varlı ailələrindən olan Sabançıların oğlu Hakan Sabançı ilə hallanır. Onlar bir dəfə ayrılıb, sonra yenidən barışıblar.

O, Mimar Sinan Güzel Sanatlar Üniversitesi Geleneksel Türk sanatları fakultəsində təhsil alır. Özünü bu sahəyə aid hiss etdiyini bildirib. Boyu 175 santimetr, çəkisi 50 kilodur. Təbiət ona gözəl sima bəxş etsə də, Hande bununla kifayətlənməyib, estetik əməliyyatlara üz tutub. Cərrah bıçağı ilə sevimli, ətli yanaqlarını, çənəsini yondurub, daha zərif sima əldə edib. Gözəl gözlərini də bir qədər çəkdirərək, xumar baxışlar qazanıb. Çox çəki itirən aktrisa sinəsini əməliyyatla böyütdürməli olub. Handeni ən çox əsəbiləşdirən şey estetik əməliyyatları barədə sualın verilməsi və haqqının tapdanmasıdır.

Hande üçün gözəl qadın uğurlu, güclü qadın deməkdir. O, rəsm çəkməyi, idman, xüsusilə atıcılıqla məşğul olmağı sevir. Gələcəyinə yatırımlar edir, kiçik biznes sahələri qurur. Ən çox sevdiyi şey isə xarici ölkələrə səfərlər edib, müxtəlif mədəniyyətlərlə tanış olmaqdır. Hande ayaq pəncələrinin çirkin olduğunu düşünür və bunu kompleks halına gətirib. O özünə çirkin ayaqlı "Tovuz quşu", Süleymanın Bilqeyisi ləqəblərini də verib. (Əfsanəyə görə, Süleyman peyğəmbərin sevgilisi Bilqeyisin çox çirkin ayaqları olub).

Deyilənlərin əksinə, güclü aktrisa olduğunu sübut etmək üçün şizofreniya xəstəliyi olan qadın rolunu oynamaq arzusundadır.

Eh Hande, Hande, sən özün görənləri dəli edirsən, dəli olmaq sənin nəyinə lazımdır?

Mənbə: lent.az

0