"Çocuklar Duymasın"ın aktyorundan SÜRPRİZ ADDIM

MAQAZİN
16:51 / 17.07.2023
638

Türkiyənin unudulmaz seriallarından "Çocuklar Duymasın"ın "Çayçı Hüseyn"i Alpaslan Özmol diqqətçəkən addım atıb.

HİT.az xəbər verir ki, aktyor özünə vəkil tutduğunu açıqlayıb.

O, haqqında çıxan yalan xəbərlərlə mübarizə aparmaq üçün bu addımı atdığını deyib:
"Davamlı olaraq öldüyümə dair yalan xəbərlər yayırlar. Artıq bundan çox yorulmuşam. Bir gün həqiqətən öləcəm, amma heç kim inanmayacaq. Anam mənə zəng edir və çıxan xəbərlərə görə qorxduğunu deyir. Gənclərimiz bununla zarafat edirlər, ancaq ailəm və dostlarım məyus olur. Ölümlə zarafat olmaz".

Məşhur bundan sonra haqqında çıxan yalan xəbərlərlə bağlı məhkəməyə müraciət edəcəyini vurğulayıb.

Pərviz

0