Bu tibb mərkəzi sertifikasiyadan keçməyən şəxsləri işlədib

ÖLKƏ
19:50 / 17.07.2023
409

"F.A.Z.Z" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol tərtib edilib. 

Hit.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinə görə qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

İşə 31.07.2023-cü il tarixində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq. 

Aydın

1