"Qalatasaray"ın ulduzu Fransaya gedir

İDMAN
12:00 / 18.07.2023
638

Türkiyənin Super Liqa təmsilçisi "Qalatasaray"da daha bir ayrılıq yaşana bilər.

HİT.az xəbər verir ki, Yunus Akgünün də komandadan ayrılması gözlənilir.

Belə ki, ona Fransanın "Nant" komandasından təklif gəlib. Fransa mətbuatında yer alan xəbərlərə əsasən, "Nant" satdığı Ludovic Blasın yerinə türkiyəli futbolçunu transfer etməyi düşünüb. 23 yaşlı futbolçunun da klubdan ayrılmağı düşündüyü deyilir.

Qeyd edək ki, Yunus Akgün "Qalatasaray" forması ilə meydana çıxdığı 28 matçda 1 qol atıb, 4 məhsuldar ötürmə edib. Onun İstanbul klubu ilə müqavilə müddəti 2026-cı ildə başa çatacaq.

Pərviz

0