76 yaşlı icra başçısı da yola salınır

ÖLKƏ
21:17 / 18.07.2023
751

Samux rayon icra hakimiyyətinin başçısı Alı Qocayev yaxın zamanlarda vəzifəsindən azad olunacaq.

Pravda.az Gununses.info-ya istinadla bildirir ki, icra başçısını işdən getməsi onun yaş həddi ilə bağlıdır.

Belə ki, hazırda 76 yaşında olan Alı Qocayev 2012-ci idən Samux rayon İcra Hakmiyyətinin başçısı vəzifəsini tutur.

O, bu vəzifəsindən əvvəl Bakının Binəqədi rayonuna rəhbərlik edib.

Qeyd edək ki, Alı Qocayev sabiq vitse-spiker Oqtay Əsədovla qudadır.

0