"FİM COMPANY" Məhdud Məsuliyyətli Cəmiyyəti və "MAS" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində protokol tərtib edilib.
Hit.az-ın məlumatına görə, hər iki şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, iş məhkəməyə göndərib.
Sözügedən maddəyə əsasən, şirkətlər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Hər iki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılacaq.
Aydın