Ötən mövsüm “Şamaxı”nın məşqçisi olan Cavid Hüseynovun yeni iş yeri bəlli olub.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, gənc mütəxəssis “Qarabağ”da çalışacaq.
O, Ağdam təmsilçisinin 19 yaşlılardan ibarət komandasının baş məşqçisi olacaq.
Təyinatın yaxın zamanda açıqlanması gözlənilir.