Türkiyənin son çempionu "Qalatasaray"ın azarkeşlərini məyus edəcək xəbər yayılıb.
HİT.az xəbər verir ki, dünya ulduzu Mauro İkardi transferində problem meydana gəlib.
İstanbul klubunun 10 milyon avroya razılıq əldə etdiyi argentinalı futbolçunun gəlməsi sual altına düşüb. İkardinin həyat yoldaşı Vandanın səhhətində yaranan problemlər transferin önündə əngəl yaradıb. İkardi həyat yoldaşının müalicəsinə görə Argentinaya yollanıb və təhlillərin nəticəsini gözləyir.
O, "Qalatasaray"a xəbər göndərərək qayıtmama ehtimalının olduğunu deyib:
"Əgər mənfi bir nəticə çıxsa həyat yoldaşımı və övladlarımı yalnız buraxmayacam. "B planı"nızı hazırlayın".
Pərviz