"Ramiz müəllimin istər səhnədə, istərsə də səhnədən kənarda həmişə yeri görünür”
Bunu Hit.az-a Xalq artisti, mərhum sənətkar Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli deyib. Onun sözlərinə görə, Ramiz Əzizbəylinin ölümündən sonra onun doğum günü həmişə qeyd edilir:
“Bütün ailə həmin günü bir arada olur. Səhər saatlarında qəbirini ziyarət edirik, axşam isə ruhuna dualar oxutdururuq. Dostları gəlir, qohum-əqraba, bir sözlə qapımız açıq olur. Amma sənət dostarından heç kim gəlmir, qəbirini ziyarət etdiyini də görməmişəm”.
"Ramiz Əzizbəylinin sağlığında ssenariləri var idi, onlarla maraqlananlar olubmu" sualına qızı belə cavab verib:
“Yox, heç kəs maraqlanmayıb, yarımçıq qalan işlər kimi arxivdədir".
Qeyd edək ki, Xalq artisti, rejissor Ramiz Əzizbəylinin iyulun 20-də ad günüdür.
Xatırladaq ki, aktyor 2021-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Azra