ABŞ prezidenti Co Bayden bir nömrəli təyyarədə uçarkən qısaldılmış qatlanan nərdivandan daha tez-tez istifadə etməyə başlayıb.
HİT.az xəbər verir ki, bu barədə “Politico” yazır.
“Keçən həftə Bayden Avropa turunda hər uçuşda qısa nərdivandan istifadə edib: Londona, Vilnüsə, Helsinkiyə və yenidən Vaşinqtona”, deyə qəzet yazır.
Bayden administrasiyasındakı mənbə dövlət başçısının yıxılma riskini azaltmaq üçün qısaldılmış keçiddən istifadə etməyə çalışdıqlarını söyləyib.
Bayden dəfələrlə prezident təyyarəsinin nərdivanında büdrəyib. 2023-cü ilin fevralında Baydenin Varşavadan havaya qalxmazdan əvvəl Air Force One-ın nərdivanını dırmaşarkən büdrədiyi bildirilir. Bundan əvvəl, Bayden yanvarın əvvəlində, siyasətçi Delaverdəki tətildən qayıdarkən təyyarənin nərdivanında problem yaşatyıb. Video Endryus Hərbi Hava Qüvvələri bazasında lentə alınıb, kadrlardan görünür ki, güclü külək Baydenin nərdivanla enməsinə az qala mane olub və Amerika prezidentinin nümayəndələrinin sözlərinə görə, Bayden enməzdən əvvəl təyyarədə yarım saat gözləməli olub.
Samir