Fransa prezidenti Emmanuel Makron hücumçu Kilian Mbappeni PSJ ilə müqaviləsini uzatmağa çağırıb.
HİT.az xəbər verir ki, bu barədə "El Debate" məlumat yayıb.
Mənbənin məlumatına görə, Fransa lideri hücumçunun 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına qədər klubda qalmasını istəyir. PSJ prezidenti fransalıya 2025-ci ilə qədər müqavilə təklif edir. Lakin oyunçu komanda dəyişikliyinə meyl edir.
Ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib.
Bu gün həmçinin xəbər yayılıb ki, PSJ rəhbərliyi Mbappeyə 10 illik müqavilə və 1 milyard avro maaş təklif edib.
Samir