İsmət Abbasova məxsus olduğu iddia edilən ASC iki şirkəti məhkəməyə verdi

İQTİSADİYYAT
21:46 / 21.07.2023
801

“Bakı Şərab-1” ASC iki şirkəti məhkəməyə verib. 

Hit.az xəbər verir ki, məhkəməyə verilən şirkətlər “Pro Paper” MMC və “Marrini Group” MMC-dir. 

İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. İşin mahiyyəti icarə müqaviləsi üzrə mübahisələrdən ibarətdir. 

“Bakı Şərab-1” ASC 27 sentyabr 2009-cu ildə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Bayramov Əli Məhəmməd oğludur. O, 2007-20014-cü illərdə “Aqrolizinq” ASC-nin sədri vəzifəsində çalışıb. Əli Bayramov 2020-ci ildə “Bakı Şərab-1” ASC-nin İdarə Heyətinin sədri təyin edilib. 

Mediada gedən məlumatlarda iddia olunur ki, ASC keçmiş keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini olan İsmət Abbasova məxsusdur.

Anar

0