Naxçıvanda polis uşağı xilas etdi, özü həlak oldu - FOTO

HADİSƏ
09:17 / 22.07.2023
494
Naxçıvan Muxtar Respublikası Babək rayonundakı Uzunoba gölündə batan şəxsləri xilas etməyə çalışan polis əməkdaşı boğularaq həyatını itirib.
 
Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
 
Xidmətdən kənar vaxt ailəsi ilə həmin gölün kənarında istirahət edən 1982-ci il təvəllüdlü polis serjantı Quliyev Vüsal Əbülfəz oğlu suya atılaraq göldə boğulma təhlükəsi ilə üzləşən 13 yaşlı uşağı xilas edib. Daha sonra uşağın anası, 1984-cü il təvəllüdlü Aslanlı Səadət Elman qızını xilas etmək istəyərkən polis əməkdaşı da onunla bərabər suda boğularaq ölüb.
 
Qeyd edək ki, Quliyev Vüsal Əbülfəz oğlu Babək rayonu, Cəhri qəsəbəsində anadan olub.
 
0