18 yaşlı sürücü maşını aşırdı: Özü öldü, yaralılar var - FOTO/VİDEO

HADİSƏ
13:30 / 22.07.2023
588

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisə Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunda qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü, 18 yaşlı Sabirabad rayon sakini Fərhad Quliyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarına aşıb. Xəsarət alan F.Quliyev və avtomobildə olan üç sərnişin Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, sürücü orada vəfat edib.

18 yaşlı Fərhad Quliyev bir müddət əvvəl sosial şəbəkə hesabında ölümündən bəhs edən paylaşım edib. O, bu gün qəza törətdiyi avtomobildə çəkilmiş videoya “sənin ölümün yaman yandırır bizi” mahnısını əlavə edərək, “bir gün məni də bu mahnıyla paylaşacaqlar, onda gec olacaq” yazıb. Gənc sürücünün avtomobili aşırmasına səbəb yüksək sürət həddi olub.

Faktla bağlı cinayət işi başlanılıb.//qafqazinfo.az

0