Pərvin Abıyeva: Ailə qurmaq istəmirəm

MAQAZİN
23:29 / 24.07.2023
564

"Yorulmuşam. "Tükənmişlik" sindromu yaşayıram. Hamıdan və hər şeydən uzaq olmaq istəyirəm. Çəkilmişəm "qabığıma". Biraz dincəlmək istəyirəm ki, enerji toplayım və yenidən qayıdım, gəlim".

HİT.Az Bizim media-ya istinadla xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Sözbaz" maqazin verilişinə müsahibəsində deyib.

Aktrisa bildirib ki, kənardan davakar görsənsə də, əslində, çox həssasdır:

"İnsanlar məni çox yorur. Göründüyüm kimi deyiləm. Daxilim başqadır. İnsanları qınamıram. Görünüşüm, həqiqətən də zalım, özündən razı və davakardır. Amma, əslində həssas və emosional bir insanam. Hər dəfə kimdənsə zərbə aldıqca və layiq olmadığım münasibət gördükcə sınıram. Gücsüz anımı istəmirəm kimsə görsün. Hazırda özümü hər şeyi və hamını "boş vermiş" vəziyyətdə kimi hiss edirəm".

P. Abıyeva əlavə edib: "Serial və film təklifləri çox alıram. Amma ya ssenari və ya qonorar mənə uyğun olmur. Üzdə olum deyə, gedib hansısa ekran işinə çəkilən birisi deyiləm. Onsuz da mən üzdə, axtarılan və tələbatlı aktrisayam. Yaddan çıxılası bir insan deyiləm. Qoymaram ki, yaddan çıxım. Çünki unudulmağı sevmirəm. Amma gərək layihə də ona dəysin. Özümə dəyər, qiymət verirəm və hörmət edirəm".

Pərvin deyib ki, bu sənət onda bir sıra xəstəliklər yaradıb:

"Ekran işlərinə çəkilib və oradan alacağım qonorarı xəstəliyimə xərcləmək istəmirəm. Çünki bu sənətdə əsəb və mədə xəstəliyi tapmışam. İstəyirəm ki, çalışdığım heyət, ssenari və qonorar görəcəyim işə dəysin".

Subay dolaşan Pərvin ailə qurmaq istəmədiyini də etiraf edib:

"Həyatımda kiminsə olmağını artıq istəmirəm. Artıq evlənmək və ailə qurmaq istəmirəm".

0