Prezident dəyişikliyi "Neftçi"yə necə təsir edəcək? - ŞƏRH

İDMAN
11:12 / 25.07.2023
829

Xəbər verdiyimiz kimi, ötən gün "Neftçi" Peşəkar Futbol Klubunun prezidenti dəyişib.

Belə ki, Kamran Quliyev klubun prezidenti vəzifəsindən azad edilib. Omun yerinə isə Fərrux Mahmudov təyin olunub. Lakin bu təyinat da birmənalı qarşılanmayıb. Xüsusilə onun Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru olması müzakirə mövzusuna çevrilib.

Maraqlıdır, "Neftçi"də yaşanan prezident dəyişikliyi kluba necə təsir edəcək?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı HİT.az-a açıqlamasında bildirib ki, “Neftçi”də Rövşən Nəcəf Müşahidə Şurasının sədri olduqdan sonra idarəetmə sistemi də dəyişib:

330564

"Yəni komandada əsas səlahiyyət prezidentin yox, İdarə Heyətinin sədrinin əlindədir. Bunu baş məşqçi təyinatı vaxtı da gördük. SOCAR prezidenti “Neftçi”yə baş məşqçi axtararkən heç kimlə məsləhətləşmədi. Uşaq vaxtı azarkeşlik etdiyi futbolçulara indi məşqçi kimi çalışanlara üstünlük verdi. Sərgən Yalçın onu aldatdı, Mutunu gətirdi. Və Mutu “Neftçi” kimi komandaya gətirilərkən onun məşqçi kimi hansı üstünlükləri, uğurlarının olub-olmadığı araşdırılmadı".

Natiq Muxtarlı vurğulayıb ki, ona görə də, “Neftçi”yə kimin prezident təyin edilməsinin heç bir əhəmiyyəti yoxdur:

"O, söz sahibi olmayacaq, ancaq tapşırıqları yerinə yetirəcək. Yeni prezidentin karyerasına nəzər saldıqda, görürük ki, futbol sahəsini bilmir. Əslində belə situasiyada heç buna ehtiyac da yoxdur. Bir halda ki, adam gələn tapşırıqları icra edəcəksə".

Pərviz

0