Məşhur müğənni keçmiş sevgililərindən qorxdu, kitabının nəşrini təxirə saldı

MAQAZİN
13:07 / 25.07.2023
828

Müğənni Britni Spirs müğənni Castin Timberleyk və aktyor Kolin Farreldən qorxduğu üçün xatirə kitabının nəşrini dörd ay gecikdirmək məcburiyyətində qalıb. 

HİT.az xəbər verir ki, bu barədə "The Sun"a vəziyyətlə tanış olan mənbə məlumat verib.

“Vəkillər onun kitabını əvvəlcədən oxumağı tələb edib və bəzi ifşaların silinməsində istəyiblər. Kitabda hələ çox heyrətamiz hekayələr var, lakin Castin və Kolin ondan narazıdır", deyə mənbə bildirib.

İddiaya görə, kitaba nələrin daxil ola biləcəyi ilə bağlı danışıqlar aparılarkən nəşr 4 ay gecikib. Amma indi hər şey həll olunub və avtobioqrafiya çapa hazırdır. "İçimdəki Qadın" kitabı oktyabrın 24-də işıq üzü görəcək və super ulduza həyatı haqqında danışmaq imkanı verəcək.

Castin Timberleyk 1999-2002-ci illərdə Britni Spirslə süvgili olub. 2003-cü ildə müğənninin Farrell ilə münasibəti haqqında şayiələr yayılsa da, aktyor bu fərziyyələri təkzib edib.

Samir

0