Pərvin Səfərov: “Qadınlara baxanda bizə pul xərcləmək istəmirlər"

MAQAZİN
14:15 / 25.07.2023
633

“Toylara hər kəsin büdcəsinə uyğun getməyə çalışıram. Adam var ki, imkanı yoxdur, amma məni istəyir, gedib pulsuz da olsa, 1-2 mahnı oxuyuram”.

Bunu Hit-az-a açıqlamasında müğənni Pərvin Səfərov toy qiymətindən danışarkən deyib. Sənətçi kişi müğənnilərə təlabatın az olduğunu bildirib:

“Dedim təhsil alım, diplomlu sənətçi olum və oldum. Amma nə mənası? Pandemiyyadan sonra toylara çox az dəvət alıram, pul xərcləmək istəmirlər. Kommersiya mahnıları yazdırıram, əksəriyyəti bəyənmirlər, qınayırlar, deyirlər ki, bu mahnı sənlik deyil. Bəstəkar mahnıları oxuyuram, sadəcə tərifləyirlər, deyirlər ki, belə davam elə. Amma toylara səviyyəsiz mahnıları oxuyanları dəvət edirlər. Cəmiyyəti başa düşmək olmur. Bilmirsən pul qazanmaq üçün neyləyəsən? Mahnının da ərsəyə gəlməsi üçün pul tələb olunur. Cəmiyyətə yaxınlaşdıqca heyvanların yanına qaçmağa çalışıram. İnsanların içində olduqca, adam aqressiv olur, həyat eşqi ölür”.

Pərvin Səfərov qadın sənətçilərə təlabatın çoxaldığını qeyd edib:

“Qadınlara baxanda bizə pul xərcləmək istəmirlər. Əsas səsi olmayan qız müğənnilərə pul xərcləyirlər”.

Azra

0