"OKAY FRUİTS" Məhdud Məsuliyyətli Cəmiyyətinə cərimə protokolu yazılıb.
Hit.az-ın məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məclləsinin 544.2-ci maddəsi (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməmə) ilə inzibati protokol tərtib olunub.
İşə Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevain sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, şirkət 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının hələlik vaxtı məlum deyil.
Aydın