Sərxandan Lalə Azərtaşa: "Xoşqədəm, Zaur olan teleməkanda sizə baxan olmayacaq" - FOTO

ÖLKƏ
19:31 / 25.07.2023
478

Aparıcı-aktyor Sərxan Kərəmoğlu sosial şəbəkədə Əməkdar artist Cavanşir Məmmədovla kürəkəni arasında baş verən qalmaqaldan yazıb. 

O, şəxsi instaqram hesabında status yazaraq Cavanşir Məmmədova tərəf çıxıb.

Sərxan Kərəmoğlu məlum məsələyə görə Cavanşir Məmmədovun qatıldığı "Təsir dairəsi" proqramının aparıcısı Lalə Azərtaşa səslənib:

"Nə edək? Lalə xanım, Cavanşir Məmmədovu dəfn edək? Onunla qərəzliyinizin sonu nə olacaq? Cavanşir bəy sizə fəxri adla baglı öz aranızda söz deyib, onu efirdə açıqladınız. Cavanşir bəy türk oğlanın "cinayət işi var" deyir, siz onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Nə üçün?".

Daha sonra Sərxan fikirlərinə belə davam edib:

"Lalə Azərtaş, birdən düşünərsiniz ki, Sərxan, sənə nə düşüb? Mən də həmin sualı sizə səsləndirirəm, sizə nə düşüb? Efirə şikayətçi gəlib, bir, iki gün dinlə və birtərəfli olma. Verilişinizin baxımlı olması üçün Cavanşir sizə lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir.

Məsləhət yox, sadəcə bir tövsiyyə edirəm. Siz nə etsəniz də, zəhləm getsə də bildirim ki, Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxan olmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm... Efir saatlarınız üst-üstə düşənlərin adlarını qeyd edirəm".

0
BAKU.WS