Toyda bəyin dostu hovuza düşdü - VİDEO

DÜNYA
20:55 / 25.07.2023
466

Birləşmiş Ərəb Əmirliklərinin ən sıx məskunlaşdığı Dubayda keçirilən toyda lentə alınan görüntülər sosial medianın gündəminə çevrilib.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, lüks otelin zalında keçirilən toyda gülməli anlar yaşanıb.

Belə ki, bəy-gəlin pilləkənlərlə enərkən hər kəs mobil telefon kameraları ilə həmin anları çəkməyə başlayıb. Lakin həmin vaxt bəyin yaxın dostu hovuza düşüb.

İslanmış qonaq tez hovuzdan çıxıb və sonra heç nə olmamış kimi oturub.

Samir

 

0