Rusiya “taxıl müqaviləsi”ndən çıxdıqdan sonra Qara dəniz donanmasının gəmilərini yenidən yerləşdirir ki, bu da Qara dənizdə zorakılıq risklərinin artmasına sübutdur.
HİT.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.
Qeyd edilir ki, "Sergey Kotov" korveti Qara dənizin cənub hissəsində yerləşdirilib və Bosfor boğazı ilə Odessa arasında gəmiçilik marşrutunda patrul edir.
Böyük Britaniya kəşfiyyatı bildirib ki, çox güman korvet Rusiyanın Ukraynaya getdiyinə inandığı kommersiya gəmilərinin qarşısını almaq üçün qrupun bir hissəsi olacaq.
Qeyd edilib ki, indi bu regionda zorakılığın intensivliyi və miqyasının artması potensialı var.
Samir