Bu gün mərhum bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın anım günüdür.
Xalq artisti Gülyanaq Məmmədova HİT.az-a açıqlamasında Şəfiqə Axundovanı özünə ana hesab etdiyini bildirib:
“Biz onun mənəvi qızları olmuşuq, illərlə yanında idik. Bizim üçün ana olub, biz onun, o da bizim evimizin əzizi olub. Demək olar ki, həftədə iki dəfə bir yerdə olurduq. Xanım-xatın qadın idi, bir dəfə evinə gələn qonağını səliqəsiz qarşılamazdı. Qonaq gələndə mütləq süslənərdi”.
Gülyanaq Məmmədova deyir ki, bundan sonra neçə nəsil dəyişsə, Şəfiqə Axundova kimi bəstəkarların sənəti yaşayacaq:
“Musiqiləri, operaları var. Onun əsərləri daima yaşayacaq”.
Azra