Fransa prezidenti Emmanuel Makronun avqustun 22-24-də Cənubi Afrikada keçiriləcək BRİCS sammitində iştirakı assosiasiyanın məqsədlərinə çatmağa kömək etməyəcək.
HİT.az xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Diplomat xatırladıb ki, BRİCS çoxqütblü dünyada inkişaf etməkdə olan dövlətlərin rolunu artırmaq, beynəlxalq ictimaiyyət üçün kollektiv, yaradıcı, birləşdirici gündəmlər hazırlamaq üçün yaradılıb.
Zaxarova onu da qeyd edib ki, Fransanın birləşməyə nəsə təklif edə bilməsi ehtimalı azdır.
O əlavə edib ki, Moskva dəfələrlə anti-Rusiya siyasəti aparan ölkələrin BRİCS-in iclaslarında iştirakının yersiz olduğunu bəyan edib.
Keçən həftə məlum olub ki, Makron avqustda keçiriləcək BRİCS sammitinə ev sahibliyi etmək üçün Cənubi Afrika Respublikasının hakimiyyət orqanlarına müraciət etdikdən sonra bu tədbirə dəvət almayıb.
Samir