Velosiped oğurlayıb 100 manata satdı, 25 gün həbs cəzası aldı

HADİSƏ
19:16 / 26.07.2023
348

Nizami rayonu, Babək prospektində yerləşən “Rich Palace” restoranın qarşısından velosiped oğurlanıb.

 

Hit.az-ın məlumatına görə, oğurluğu törədən 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Zabil (şərti) saxlanılıb. 

 

Zabil izahatında bildirib ki, oradan keçərkən sahibsiz bir ədəd həmin restoranın divarına söykənikli vəziyyətdə velosiped görüb və ətrafda heç kəsin olmadığına əmin olub, velosipedi sürərək Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində “Ət Kombinatı” kimi tanınan yerə gəlib çıxıb.

 

Pula ehtiyacı olduğundan həmin velosipedi küçədə tanımadığı bir oğlana 100 manat dəyərində satıb, əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləyib.

 

Məhkəmənin qərarı ilə Zabil İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 25 gün müddətinə inzibati həbs edilib.

 

Aydın

0