Separatçılar arasında qarşıdurma: “spiker” Azərbaycan vətəndaşı olmaq istəyib

SİYASƏT
16:03 / 27.07.2023
668

Xankəndidəki separatçı rejimin qondarma “parlamentinin spikeri” Artur Tovmasyan “postu”ndan uzaqlaşdırılır.

Publika.az xəbər verir ki, Ermənistan mediası separatçı “spiker”in uzaqlaşdırılmasının səbəbləri arasında Azərbaycanla bağlı fikirlərinin də olduğunu yazır.

“Hraparak” nəşri qeyd edir ki, Tovmasyanla bağlı qərarın müxtəlif səbəbləri var.

“Əsas səbəb isə onun vəziyyətə nəzarət edə bilməməsi, içki aludəçisi olması və müəyyən açıqlamalarıdır. Tovmasyan bildirib ki, “Azərbaycan çoxmillətli ölkədir, uzun illər yan-yana yaşamışıq, bundan sonra da yaşamaq olar”. Bununla da o, reinteqrasiya prosesinə dəstəyini nümayiş etdirib. Səbəblərdən biri də onun Samvel Babayanla yaxınlığıdır”,- nəşr yazır.

Məlumatlara görə, Tovmasyanın yerinə daşnakların üzvü Davit İşxanyan gətiriləcək.

0