ABŞ Senatı 880 milyard dollarlıq müdafiə xərcləri ilə bağlı qanun layihəsini təsdiqləyib, lakin Nümayəndələr Palatasında təklif edilən orijinaldan fərqli versiya qəbul edilib.
HİT.az bu barədə C-SPAN-a istinadən xəbər verir.
Nümayəndələr Palatası ilə Senatın versiyaları arasında fərqlər qadın əsgərlərin dövlət tibbi sığortası hesabına digər ştatlarda abort etdirmələrinə qadağa qoyulması məsələsi də var. Həmçinin, Demokratlar çoxluğu ilə Senat hərbi qulluqçular üçün cinsiyyətin dəyişdirilməsi əməliyyatları üçün vəsait ayırmağa davam etməkdə israrlıdır.
Qanun layihəsi imzalanmaq üçün ABŞ prezidenti Co Baydenə göndərilməzdən əvvəl bu və digər ziddiyyətlər uzlaşma komissiyası tərəfindən həll edilməlidir.
Müdafiə büdcəsindən Ukrayna üçün ATACMS əməliyyat-taktiki raket sistemləri üçün 80 milyon dollar, həmçinin Təhlükəsizliyə Yardım Təşəbbüsü çərçivəsində 300 milyon dollar yardım ayrılıb.
Samir