Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Ukraynadakı münaqişə ukraynalıların özlərinə deyil, Qərb ölkələrinə lazımdır.
HİT.az xəbər verir ki, baş nazir bu barədə "Kossuth" radio proqramında çıxış edərkən bildirib.
“Ukraynalıların gücü tükənib, Ukraynanı yalnız Qərbin pulu dəstəkləyir”, deyə Orban bildirib.
Onun fikrincə, Ukrayna "praktik olaraq suverenliyini itirib", çünki silahlı qüvvələrini müstəqil şəkildə maliyyələşdirə bilməyən ölkə "suveren sayıla bilməz".
Samir