Xalq artistinin həyat yoldaşı vəzifədən azad edildi

ÖLKƏ
12:54 / 28.07.2023
341

Heydər Əliyev adına İdman-Konsert Kompleksinin baş direktoru işdən çıxarılıb.

HİT.az manşet.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə adıçəkilən kompleksin baş direktoru Rafiq Behbudov və baş mühəndis Elxan Abbas tutduqları vəzifələrindən azad ediliblər. Digər əmrlə Natiq İbrahimov İdman-Konsert Kompleksinin baş direktor təyin edilib.

Bildirək ki, işdən çıxarılan Rafiq Behbudov Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovanın həyat yoldaşıdır.

Qeyd edək ki, bir neçə gün əvvəl Şəfiqə Məmmədovanın rəhbərlik etdiyi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə birləşir, İttifaqlar birləşdikdən sonra Azərbaycan Kinematoqrafçılar Birliyi adı altında fəaliyyət göstərəcəyi və İttifaqa yeni rəhbərliyin seçiləcəyi bildirilib.

Tam təmirli mənzillər "City Garden Narimanov"da
 
“City Garden Narimanov” 21 hektar ərazidə inşa edilən 29 binadan ibarət yaşayış şəhərciyidir. Bu şəhərciyin daxilində məktəb, klinika, alış-veriş mərkəzi, müxtəlif kafe və iaşə obyektləri, açıq hava kinoteatrları yerləşəcək. Əlavə olaraq həm sağlamlığınızın qeydinə qalmaq, həm də əyləncəli vaxt keçirməyiniz üçün tennis kortu, basketbol və futbol meydançaları, qaçış və velosiped zolağı, mini qolf zonası, açıq havada fitnes sahəsi, skeyt sürmək üçün xüsusi hissə düşünülüb.

0