Qazi Natiq Mehdiyevin maşını yandı - FOTOLAR

HADİSƏ
23:10 / 28.07.2023
716

Qazi Natiq Mehdiyevin avtomobili yanıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Yeni Ələt-Astara magistiralında baş verib.

Hadisə nəticəsində qazinin “Xəzər” markalı avtomobili yanaraq yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, N.Mehdiyev uzun müddət Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. O, 2015-ci ildə döyüş tapşırığını yerinə yetirərkən ağır yaralanıb və müalicə olunduqdan sonra ordu sıralarından tərxis olunub.

0