Salyanlı ata və oğul Rusiyada faciəvi şəkildə öldü

HADİSƏ
20:09 / 30.07.2023
537

Rusiyada yaşayan salyanlı ata və oğlu faciəli şəkildə həlak olublar.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tümen vilayətində qeydə alınıb.

55 yaşlı Mahir Kərimov və və 29 yaşlı oğlu Nurəddin Kərimov benzin daşıyan maşının çənində təmir apararkən partlayış baş verib.

Hadisə nəticəsində N.Kərimov hadisə yerində, M.Kərimov isə iki gün sonra xəstəxanada ölüb.

Nurəddin Kərimov Salyana gətirilərək dəfn olunub, atası Mahir Kərimovun meyiti isə sabah rayona gətiriləcək.

0