Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” MMC-nin direktoru Mərdan Heybətov vəzifəsindən azad edilib.
“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Nizami Məmmədova həvalə olunub.
Xatırladaq ki, “Körpülərin İstismarı və Təmiri Müəssisəsi” şirkəti 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20 manatdır.