Nurlan Əzizbəyliyə nə olub?

HADİSƏ
15:50 / 31.07.2023
446

"Bu həyat məni çox yordu. Bitdim, tükəndim artıq. Hara getdimsə, qapılar üzümə bağlı qaldı. Belə yaşamaq ümkün deyil. Haqqınızı halal edin".

Qaynarinfo xəbər verir ki, bu fikirləri müğənni Nurlan Əzizbəyli sosial şəbəkədə paylaşıb. 

Sənətçinin intihara bənzər paylaşımından narahat olaraq onunla əlaqə saxladıq. Nurlan Əzizbəyli Qaynarinfo-ya açıqlamasında fikirlərin ona məxsus olduğunu bildirdi.

"Narahat olmayın” deyən sənətçi telefonu söndürdü. Dəfələrlə zəng etməyimə baxmayaraq, müğənni telefonu cavab vermədi.

0