Bakı seçim etmir - Əliyevdən hər iki cəbhəyə mesaj

SİYASƏT
23:38 / 02.08.2023
596

Prezident İlham Əliyevin “Euronews” televiziyasına müsahibəsində danışıqlar prosesinə dair açıqlaması hər iki cəbhəyə - Rusiya və Qərb mesaj, həm də hər iki platformada Azərbaycanın çəkisini artırmaq gedişi hesab edilə bilər.

Əliyev bildirdi ki, atəşkəs sazişinin, yəni 2020-ci il 10 noyabr tarixli Bəyannamənin vasitəçisi nə Birləşmiş Ştatlar, nə də Avropa İttifaqı deyil: “Rusiya olub. Ermənistanın baş naziri ilə ilk görüşlərim Rusiya tərəfindən Rusiyada təşkil olunmuşdu. Rusiya – Ukrayna müharibəsindən sonra vəziyyət dəyişdi və biz gördük ki, Birləşmiş Ştatlar və Avropa daha fəal oldular. Əslində, prosesin kimin tərəfdən aparılacağı və ya prosesi kimin müəyyən dərəcədə inhisara götürəcəyi bizim üçün böyük fərq etmir. Vacib olanı nəticəyə gəlməkdir”.

Qərb və Rusiya arasında danışıqlar prosesini inhisara almaq uğrunda mübarizənin getdiyi sirr deyil. Ukrayna müharibəsinə qədər Rusiyanın inhisarı daha güclü idi, lakin daha sonra Qərbin aktivliyi müəyyən balansın yaranması ilə nəticələndi. Hazırda isə Qərbin vasitəçiliyi daha ön plana çıxıb. Bu o deməkdir ki, proseslərin inkişafına uyğun olaraq balansın yenidən pozulması da mümkündür. Burada dəyişməyən məsələ hansı cəbhənin önə çıxmasından asılı olmayaraq, masada Bakının gündəliyinin ağırlıq təşkil etməsidir, Əliyevin əsas fəaliyyəti də hansısa cəbhəyə üstünlük verməkdən daha çox, gündəliyin qorunub saxlanması və nəticənin əldə edilməsidir.

Prezidentin müsahibədə səsləndirdiyi fikirlər hər iki cəbhəyə ünvanlanıb: Bakı Qərb və Rusiya arasındakı mübarizədə tərəf deyil, hansı tərəf önə çıxacaqsa, onunla işləyəcək;

Asif Nərimanlı

0