"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.
Hit.az xəbər verir ki, Ağdam təmsilçisi Polşanın "Rakuv" komandasını qəbul edib.
İlk qarşılaşmada rəqibinə 2:3 hesabı ilə uduzan "köhlən atlar" evdə heç-heçəyə razılaşıb və Çempionlar Liqasında mübarizəni dayandırıb.
Qeyd edək ki, "Qarabağ" mübarizəni Avropa Liqasının III təsnifat mərhələsində davam etdirəcək və HİK (Finlandiya) / "Molde" (Norveç) cütünün məğlubu ilə üz-üzə gələcək.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
2 avqust
Qarabağ (Azərbaycan) - Rakuv (Polşa) 1:1
Qollar: Redon Cica, 60 - Fran Tüdor, 52.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Rakuv: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 5. Qustav Berqqren, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski, 11. Con Yeboa.
Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Vladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski.
Baş məşqçi: David Şvarqa.
Baş hakim: Sven Yablonski (Almaniya).
İlk oyun - 2:3.
Bakı Olimpiya Stadionu.