Yumurtanın inanılmaz faydaları AÇIQLANDI 

MARAQLI
12:12 / 04.08.2023
464

Sağlam qidalanma mövzusundakı açıqlamaları ilə diqqət çəkən türkiyəli Daxili Xəstəliklər və Kardiologiya Mütəxəssisi Prof. Dr. Canan Karatay yeni məsləhət verib.

HİT.az xəbər verir ki, o, bu dəfə yumurta ilə bağlı danışıb.

Canan Karatay bildirib ki, güclü immunitet üçün yumurta yemək şərtdir. Mütəxəssis qaynadılmış yumurtanın orqanizmə inanılmaz təsirlərini açıqlayıb. 

O, xüsusilə kənd yumurtasının faydalarından danışıb və gündə 2 qaynadılmış yumurta ilə xəstələnmə riskinin azaldıla biləcəyini vurğulayıb. 

Canan Karatay yüksək miqdarda kalsium və zülal ehtiva edən yumurtanın orta miqdarda qaynadılmasının lazım olduğunu diqqətə çatdırıb. O, həmçinin sağlam həyatın sirri olaraq yumurtaya işarə edib. 

Pərviz

0